30 Noyabr 2024 09:36

Bakıda şahmat üzrə Dünya Kuboku: beşinci turun ikinci partiyası keçirilir

Azadsöz.az xəbər verir ki,  Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci turun ikinci klassik partiyası (kişilər arasında 1/8 final, qadınlar arasında 1/4 final) keçirilir.

Azərbaycan şahmatçısı Nicat Abasovun dünya çempionatının 1/8 final mərhələsindəki rəqibi Saleh Salemdir (BƏƏ). Beşinci turun ilk klassik partiyasında Nicat Abasov Saleh Salem üzərində qələbə qazanıb.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən “Marriott Boulevard” otelində keçirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul