30 Noyabr 2024 01:02

Ermənistan “humanitar yardım” şousu alınmadığına görə təxribata əl atır (VİDEOMÜSAHİBƏ)

Azadsöz.az  xəbər verir ki, bu gün Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən bildirilib ki, avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert, Azər Bayramov bildirib ki, bir müddət idi ki, atəşkəs səngimişdi.

“Humanitar şou alınmadığından yenidən atəşkəsi pozmaqla təxribata başladılar. Bununla da Ermənistanın və separatçı rejimin iç üzü bir daha göründü”, – deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Ankara escort İstanbul Travesti Shemale İstanbul