Azadsöz.az xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini İslam Şıxaliyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Göyçay şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovu döyüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ruslan Süleymanova göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İslam Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.