Azadsöz.az xəbər verir ki, bütün geosiyasi və qlobal çətinliklərə rəğmən inkişaf və bərpa-quruculuq işlərində ləngiməyən, qonşulardan bir neçə addım öndə olan Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, dünyanın çox böyük qlobal çağırışlarla üz-üzə olduğu bir vaxtda bütün riskləri böyük məharətlə dəf etməklə ölkə hüdudlarından kənarda olduğu kimi daxildə də olduqca önəmli tədbirlər həyata keçirir. Dünyada bu gün sosial-iqtisadi layihələr həyata keçirən dövlətlər çox azdır. Dünya iqtisadi eskort samsun burulğandadır. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələr icra olunur. Hər şey vətəndaşların rifahı naminə edilir və ölkənin iqtisadi gücü də artmaqda davam edir.
Prezident İlham Əliyev bu gün Bərdə, Samux, Şəmkir və Qazaxa səfər etməklə bir daha Azərbaycanın hər qarışının müasir çağırışlarla ayaqlaşmalı olduğunu, bunu təmin etmək üçün Azərbaycanda hər bir imkanın mövcudluğunu nümayiş etdirdi. Dövlət başçısının bu səfərləri eyni zamanda nümayiş etdirdi ki, Azərbaycan üçün onun bütün bölgələrinin inkişafı prioritet məsələdir.
Bu, həm də onu sübut edir ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da dövlət başçısının şəxsən nəzarətində, diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin bölgələrə səfər etməsi və bir sıra infrastruktur layihələrin açılışlarında şəxsən iştirakı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla davam etdirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu növbəti dəfə isbatlayır.
Azərbaycan 30 illik işğaldan sonra çox böyük bir mərhələyə qədəm qoydu. Bu mərhələ işğaldan azad olunan ərazilərin mina terrorundan tamamilə təmizlənməsi, o ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirilməsi, erməni vandalları tərəfindən daşı-daş üstə qalmayan o şəhər və rayonlarda infrastrukturu “0”-dan hazırlayıb, soydaşlarımızı öz yurd-yuvalarına Böyük Qayıdış Konsepsiyası çərçivəsində gecikmədən, vaxtında köçürmək, o yerlərə həyatı qaytarmaq kimi olduqca vacib missiyadan ibarətdir. Ən maraqlısı burasındadır ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını kənardan heç bir maliyyə dəstəyi olmadan ancaq öz iqtisadi imkanları hesabına icra edir.
Bütün bu proseslər fonunda Prezident İlham Əliyev Azərbaycanın digər rayon və şəhərlərini də diqqətdən kənarda qoymur, onların müsair dünya ilə ayaqlaşması, müasir standartlara cavab verən infrastrukturla təmin edilməsi istiqamətində layihələrin davam etdirilməsində nə qədər maraqlı və diqqətli olduğunu bu gün bur daha nümayiş etdirdi.
Torpaqlarımız azad ediləndən indiyədək Qarabağın yenidən qurulmasına dövlət büdcəsindən milyardlarla vəsait ayrılsa da, bu, digər regionların sosial-iqtisadi inkişafına mane olmayıb. Bu gün dövlət başçımızın açılışını etdiyi xəstəxana, məktəblər, yol infrastrukturu, su və kanalizasiya sistemləri layihəsi, “DOST mərkəzi” və digər layihələr həmin rayonlarda yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Bu, bir daha Prezident İlham Əliyevin siyasi kursunun təməlində vətəndaşların rifahının yaxşılaşdırılmasının dayandığını göstərir.Prezident İlham Əliyev daim regionların inkişafınma böyük diqqət yetirib. Dövlət başçısının Fərmanı ilə 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. İndiyə qədər bu proqramlar uğurla icra edilib və regionlarda insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadi potensialın yüksəlməsinə imkanlar açıb.
Bu proseslər və nəticələr deməyə əsas verir ki, Prezident İlham Əliyevin seçdiyi bu iqtisadi inkişaf modeli ən effektiv modeldir. Bu model ötən illər ərzində çətin sınaqlardan uğurla keçdi. Bütün bəşəriyyəti bürüyən koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadalıq işlərinin aparılmasına və bu istiqamətdə böyük vəsaitlərin sərf olunmasına baxmayaraq, Azərbaycanın bütün regionlarda iqtisadi inkişaf davamlı olaraq təmin edilir və ölkəmizdə nəzərdə tutulmuş hər hansı bir infrastruktur layihəsi və ya sosial layihə ixtisara salınmır, ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısı bu günkü səfərlərlə, bir daha hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu nümayiş etdirdi.