Azadsöz.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Ciddə şəhərində keçirilən danışıqlarda Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üzrə alternativ sülh planı təklif edib.
Təklif olunan sülh planı Ukraynanın bütövlüyünü, bütün cəbhələrdə atəşkəs elan edilməsini və BMT-nin himayəsi altında sülh danışıqlarının başlanmasını, eləcə də, əsirlərin mübadiləsini nəzərdə tutur.