19 Sentyabr 2024 20:26

Səudiyyə Ərəbistanı Bayraktar Akıncı PUA-larının istehsalına başlayacaq

Azadsöz.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Saudi Arabian Military Industries Company” şirkəti Türkiyənin Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq.

Bu barədə şirkətin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Səudiyyə Ərəbistanında Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin istehsalının lokallaşdırılması üçün Türkiyənin Baykar şirkəti ilə strateji müqavilənin imzalandığını məmnuniyyətlə elan edirik. Bu müqavilə bizim milli müdafiə sənayesinə dəstək rolunu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, – deyə paylaşımda bildirilir.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com