Azadsöz.az xəbər verir ki, “Türkmənistan Hava Yolları” 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək. Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşmədən üç saat əvvəl Kazana özləri gəlməlidirlər
Qeyd edək ki, Moskvaya uçuşlar Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsi əsasında dayandırılıb