19 Sentyabr 2024 04:55

Zaqatalada kollecdə başlayan yanğın söndürülüb

Azadsöz.az xəbər verir ki, ötən gecə  Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb.

Yanğın kollecin ümumi sahəsi 500 kv/m-lik hissəsində baş verib.

Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.

Yanğın gecə saat 00:16-da tam söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com