Azadsöz.az xəbər verir ki, “İnstagram” istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb.
Bu barədə “TechCrunch” məlumat verib.
İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq.
Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz.