29 Noyabr 2024 06:36

Ölkəmiz  dünyəvi dövlətdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Prezidentin müsahibəsi avqustun 1-də “Euronews”da yayımlanıb.

Müsahibə əsnasında bir çox aktual məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara prezidentin cavabları mövcud dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. baxımından diqqətçəkən məqamlar idi. Prezident İlham Əliyev müsahibəsi ilə zəfərimizin rəmzi olan doğma Şuşamızda Azərbaycanın haqlı mövqeyini növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Azərbaycan prezidentinin müsahibəsi işğalçı Ermənistanın bədnam niyyəti, bizim zəfər qazanmış ölkəmizin haqlı mövqeyini, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır.

Vətən müharibəsindən sonra regionda vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Bu gərginliyin səbəbi isə Ermənistanın Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq. Ermənistan müharibədən sonraki dönəmdə yenə də vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır. Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində hazırda regionda gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinə çatdırdı. Digər tərəfdən dövlətimizin başçısı tərəflər arasında sülh sazişinin imzalanacağına ümüd etdiyini də bildirdi və Ermənistanın siyasi rəhbərliyini tutduğu destruktiv mövqedən yayınmağa çağırdı.

Dövlət başçısının xüsusi toxunduğu məsələlərdən biri gözlənilən sülh müqaviləsi idi. Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan tərəfi hələ də nikbindir və ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər. Dövlətimizin başçısı önəmli görüşlər, sülh üçün vasitəçilər mövzusuna toxunduğu məqam zamanı qeyd etdi ki, “Brüssel görüşləri Aİ Şurasının prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanı verir”.

Əlbəttə, sülhün prinsipial şərtləri var. Biz məhz ədalətli, qalıcı sülhdən danışırıq, “ötəri sülh”dən danışmırıq. Belə variantları qətiyyən qəbul etmirik. “Ədalətsiz sülh”ə işğal illərində razı olmayan dövlət, zəfərdən sonra əlbəttə ədaləti diqtə edən tərəfdir. Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik.

Müsahibə əsnasında cənab prezident Azərbaycan və Ermənistan xalqları arasında birgəyaşayış prinsipləri əsasında münasibətlərin yenidən qurulması imkanlarını təhlil edərək Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasının mümkün yollarını açıq-aydın şəkildə ifadə etdi. İndiki Ermənistanın bütün ərazisinin əslində tarixi Azərbaycan torpaqları olmasına rəğmən dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağın erməni sakinlərinə gəlincə isə, onlar sadəcə Azərbaycan konstitusiyasını tanımaqla, yaşadığı ölkənin qanunlarına tabe olmaqla və yalnız bu yolla öz normal gələcəklərini təmin edə bilərlər və Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçimi özləri etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Bəli, biz Qarabağın erməni əhalisinə normal, ləyaqətli yaşam təklif edirik. Biz onların təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və s. bir sözlə hüquqlarının təmin edilməsi yolu ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşama dəvət edirik.

Prezident bəzi beynəlxalq təşkilatların Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ölkəmizə qarşı irəli sürdükləri iradların əsassız və yolverilməz olduğunu da vurğuladı. Məlumdur ki, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan bu yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi ki, müharibədən sonra həmin yola Rusiya sülhməramlıları nəzarət edirdilər ki, bu da Üçtərəfli Bəyanatın müddəalarında təsbit edilmişdir. Bütün bu müddət ərzində Azərbaycan yolun fəaliyyətinə qətiyyən müdaxilə etmək niyyətini nümayiş etdirməyib. Lakin ermənilər hər zaman olduğu kimi, yenə də onlara doğru atılan bu hümanist addımdan sui-istifadə etməyə başladılar. Ötən il noyabr ayının əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı müəyyən olundu. İşğal dövründə olduğu kimi, ölkəmizin qızıl və mis mədənlərinin qeyri-qanuni istismarına yenidən start verildi. Təbii ki, Azərbaycan buna yol verə bilməz. Eko fəalların aksiyaları ilə başlanan fəaliyyət aprelin 23-də sərhəd-keçid məntəqəsinin qurulması ilə nəticələndi və bu Azərbaycanın legitim hüququdur. Və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2000-dən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Müsahibə əsnasında həmçinin Rusiya-Ukrayna müharibəsi kontekstində dövlətimizin başçısı həm Avropa, bütövlükdə Qərblə olan münasibətlər, eyni zamanda Rusiya ilə Azərbaycanın münasibətlərində bir çox məqamlara da aydınlıq gətirmiş oldu.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul