19 Sentyabr 2024 20:46

FHN Şamaxıda seminar-müşavirə keçirib

Azadsöz.az xəbər verir ki,   Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal-qərb Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, eyni zamanda, bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov çıxış edərək rayon ərazisində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Şimal–qərb Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ceyhun Babayev və Mərkəzin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun müdiri Aqşin İbrahimli təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin səmərəsini diqqətə çatdırıb, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və qarşıda duran problemlər barədə ətraflı çıxış edib, müvafiq təkliflərini veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com