19 Sentyabr 2024 20:45

“Heydər Əliyev və Azərbaycan dili”- 1 Avqust – Azərbaycan Dili və Əlifbası Günüdür!

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən və varlığının təminatçısı onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığının müəyyən edən başlıca amillərdəndir. Doğma dilimiz olan ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayrağımız qədər  müqəddəsdir.

Ana dilimiz olan Azərbaycan dili ulularımızdan bizə miras qalan milli sərvətimizdir. Tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir.

Dil hər bir xalqın varlığının əsas təminatçısı olmaqla yanaşı, eyni zamanda onun ruhunun təzahürüdür, onun ruhudur. Heç də təsadüfi deyilməmişdir ki, dilini itirən xalq məhvə məhkumdur.

Şübhəsiz ki, bu gün Azərbaycan dilin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tirubunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən  respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışlaşdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.

Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarət və qətiyyətlə bildirmişdir. Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSRİ-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. 

      O hər zaman böyük qürur hissi ilə söyləyərdi:

      Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.Ulu öndər eyni zamanda gənc nəsli ana dilini sevməyi düzgün, hərtərəfli elmi əsaslar zəmnində mənsimsəməsini tövsiyə edərək deyirdi: Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilin bilməyən gənc Nizamini oxuya bilməz. Fizulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o tariximizi  bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq.

 Bütün bunlar ulu öndərin miili ruhumuza, kimliyimizə bir daha sadiqliyinin , sonsuz sevgisinin bariz nümunəsi idi. Ümummilli Lider Heydər Əliyevin qəlbinin dərinliyindən süzülən bu tarixi kəlamlar eyni zamanda Azərbaycan dilinə olan sevgisinin, Azərbaycan dövlətçiliyini, Azərbaycançılıq ideologiyasını  əbədi yaşatmaq niyyətinin eyni zamanda başlıca təzahürü idi.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azırbaycan əlifbasının bərpasını zəruri etdi. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki  təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, millililiyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlərdə geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu gün isə ana dilimizin qorunması və inkişaf etdirilməsi siyasəti ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətinin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən ölkə pezidenti çıxışlarında bele qeyd etmişdir: Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan  bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.

Qeyd edək ki, ulu öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Bu gün böyük inamla demək olar ki, ulu öndərin əsasını qoyduğu dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı onun siyasi varisi möhtərəm dövlət başçımız prezident İlham Əliyev tərəfindən dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgi ilə davam etdirilir.  

    

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com