16 Sentyabr 2024 23:22

Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanıldı

Azadsöz.az xəbər verir ki,  avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.

Bu barədə  DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.