08 Sentyabr 2024 03:30

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Azadsöz.az xəbər verir ki,  dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4514,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, yüklərin 56,2 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib.

 

2023-cü il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 237,3 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər olub.