27 İyul 2024 03:34

Naxçıvanda yüksək vəzifəli şəxs işdən AZAD OLUNDU

Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri Rasim Bağırov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Rasim Bağırov 2021-ci ilin avqust ayından bu vəzifəyə təyin olunmuşdu.