16 Sentyabr 2024 22:56

Cüdo üzrə Azərbaycan milli komandası Avropa birincisi olub

Azadsöz.az xəbər verir ki, Cüdo üzrə Azərbaycan milli komandası 2023-cü il Avropa Gənclər Olimpiya Festivalının (EYOF) fərdi yarışlarında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq Avropada birinci olub.

Azərbaycanın cüdo üzrə qızlardan ibarət yığma komandası 2 qızıl medal qazanaraq medal sıralamasında ilk yerdə, oğlanlardan ibarət yığma isə 1 qızıl, 2 gümüş və 4 bürünc medalla medal sıralamasında 4-cü yerdə qərarlaşıb.

Qarışıq komanda yarışlarında Azərbaycan idmançıları gümüş medal qazanıb.

Qeyd edək ki, 2022-ci ildə idmançılarımız 1 qızıl, 4 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar. İdmançıların bu ilki çıxışları medal sayını 9-a yüksəldə bilib. Builki nəticə medal əyarına görə indiyə qədər EYOF yarışlarında əldə edilən 2-ci ən yaxşı nəticədir.