Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaşqaçay kəndində 11 iyul 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilibdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin daxili yolunun və suvarma kanalının təmir olunmasına, Armudlu kəndinin daxili yoluna qum çınqılın tökülməsinə, kənd təsərüfatı məhsullarının istehsalı üçün bələdiyyədən torpaq sahəsinin ayrılmasına, həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına, xəstə üçün qrupunun müəyyən olunmasına köməklik göstərilməsi ilə bağlı olubdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilibdir.