19 Sentyabr 2024 20:22

Putin Zimbabve prezidentinə helikopter hədiyyə etdi

Azadsöz.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya helikopter hədiyyə edib.

Bu barədə Afrika Respublikasının İnformasiya Nazirliyi məlumat yayıb.

“Zati-aliləri Prezident Putin Zati-aliləri Prezident Mnanqaqvaya prezident helikopteri hədiyyə etdi və bu helikopter tezliklə Zimbabveyə təhvil veriləcək”, – nazirliyin “Twitter” səhifəsində yazıb. Bundan əvvəl Putin və Mnanqaqva Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti çərçivəsində görüşüblər.

Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Frederik Şava TASS-a bildirib ki, Afrika ölkəsi Rusiya istehsalı olan əlavə helikopterlər almağı düşünür.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com