Azadsöz.az xəbər verir ki, bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Son oyun günündə 5 matç keçiriləcək. “Qarabağ” səfərdə “Rakov”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Ağdam təmsilçisinin ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri “Aris” (Kipr) və BATE (Belarus) üz-üzə gələcəklər.
26 iyul
21:00. “Aris” (Kipr) – BATE (Belarus)
21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)
22:15. “Rakov” (Polşa) – “Qarabağ” (Azərbaycan)
22:45. “Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)
22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)