Azadsöz.az xəbər verir ki, Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, DİN-in Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən bir ədəd saxta 50 manatlıq pul əsginası aşkarlanaraq götürülüb.
Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.