30 Noyabr 2024 09:37

Prezident Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ictimai xadim Marianna Vardinoyannisin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Görkəmli ictimai xadim, parlaq şəxsiyyət Marianna Vardinoyannisin vəfatı xəbərini sonsuz kədər hissi ilə qarşıladıq.

Marianna Vardinoyannis dərin məzmunlu və şərəfli ömür yolu keçərək, insanlıq və bəşəriyyət naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar və xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz və ehtiram qazanmışdı.
Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunmuşdur.

Bütün həyat və fəaliyyətini uca amallara həsr etmiş səmimi və xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bu ağır itkinin acısını bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul