19 Sentyabr 2024 20:34

İsmayıllıda bazarın yaxınlığında evlər və mağazalar yanır – FOTO

Azadsöz.az xəbər verir ki, İsmayıllı şəhərində böyük ərazidə yanğın başlayıb.

Şəhərin Heydər Əliyev prospektində, şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində başlayan yanğın qısa zaman ərzində böyük əraziyə sıçrayıb.

Məlumata görə, hazırda iki ev və üç mağaza yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com