Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev bir neçə gün öncə Naxçıvandakı Uzunoba gölündə boğulan uşağı xilas edən polis Vüsal Quliyevlə bağlı Sərəncam imzalayıb.
Sərəncamla öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).