19 Sentyabr 2024 20:11

Vətəndaş məsuliyyətsizliyinin qarşısı alındı-VİDEO

Azadsöz.az xəbər verir ki, gecə  saatlarında  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik  İdarəsi  rayon daxilində  təmizlik  işləri  aparan  zaman növbəti  xoşagəlməz mənzərə ilə  rastlaşıblar.

Belə  ki,  rayonun Rəsul  Rza  və Atatürk  küçələrindən keçən  bərələrə   bəzi  məsuliyyətsiz  sakinlərimiz  içdikləri   suların   şüşə, plastik   butulkalarını,  digər  məişət tullantılarını  atmaqla   və  bununla  yanaşı  qurumuş  xəzəl yarpaqları nəticəsində  axının  qarşısı  kəsilib, su  daşaraq  ətrafa  yayılıb.Təmizlik  işçilərinin  əl əməyindən istifadə  olunaraq  bərə  təmizlənib, açılaraq  qaydaya  salınıbdır.

Rayonun  təmizliyinə  mane  olan   qoçaq  sakinlərimizin  diqqətinə  çatdıraq  ki,  prospekt  və  küçələrə   məişət tullantılarının yığılması üçün  qoyulan   konteynerlər  bəzəyə  yox,  məişət  tullantılarının  yığılması üçün qoyulub.Bunu  başa  düşməmək  ən  azından  cahillikdir.

 

Səbuhi  Eltonlu 

Xüsusi  müxbir: Gülşən  Muradova

Müxbir:Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com