Azadsöz.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi, polis mayoru Fərid Məmmədov vəzifəsindən azad olunub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.