30 Noyabr 2024 04:54

Serbiya silah ixracını dayandırdı

Azadsöz.az xəbər verir ki, Serbiya Müdafiə Nazirliyinin rəhbəri Miloş Vuçeviç bildirib ki, respublikanın hakimiyyət orqanları prezident Aleksandr Vuçiçin göstərişinə əsasən, milli təhlükəsizliyin təmin edilməsi məqsədilə silah və hərbi texnikanın ixracını dayandırmaq qərarına gəlib.

Onun sözlərinə görə, Serbiya daim öz suverenliyi, ərazi bütövlüyü və müstəqil siyasətinin qayğısına qalmalıdır.

Nazir əlavə edib ki, moratoriumda yeni heç nə yoxdur. Bu, dünyada baş verən son hadisələrə, xüsusən də regionda baş verənlərə reaksiyadır.

M.Vuçeviç vurğulayıb ki, prezidentin təklifinə və Müdafiə Nazirliyinin hazırladığı akta əsasən, yaxın 30 gün ərzində Serbiyadan silah və hərbi texnika ixracı olmayacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul