30 Noyabr 2024 04:38

“FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir” – Hakan Fidan

“Azadsöz.az”  Turkic World -ə istinadən xəbər verir ki,  FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“FETÖ terror təşkilatının bir çox ölkədə fəaliyyətini dayandırmışıq. 7 il əvvəl 15 iyul çevriliş cəhdi zamanı 251 vətəndaşımız vətən yolunda son nəfəsini verib. FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan, bir çox ölkələrdə fəaliyyət göstərən FETÖ birləşmələrin bağlanmasını təmin edib. Müasir dövrümüzdə da dünyanı FETÖ-yə dar etməyə davam edirik. Ayaq basdıqları bütün ölkələrdə fəaliyyətlərinə son qoymuşuq”,- deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul