27 İyul 2024 04:09

Sabah Göyçay çayının sahilində təmizlik aksiyası KEÇİRİLƏCƏK

Azadsöz.az xəbər verir ki, 15 iyul  2023-cü  il tarixdə  saat  09:00-da   Göyçay  rayon İcra  Hakimiyyətinin,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional idarəsinin əməkdaşlarının və  rayon  ictimaiyyətinin iştirakı ilə   Göyçay çayının sahilində təmizlik aksiyası keçiriləcək.

Məqsəd  rayonda ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Səbuhi Eltonlu 

Xüsusi müxbir:Gülşən Muradova

Müxbir: Zəka Nağıyev