29 Noyabr 2024 23:38

“Müalicəvi” sözünə görə 17 min 560 ədəd məhsulun satışı dayandırılıb

Azadsöz.az xəbər verir ki,  2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Q.Təhməzli vurğulayıb ki, Milli Məclis tərəfindən qəbul olunan Qanun 2022-ci il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb. Ötən müddətdə Qanundan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra zəruri işlər görülüb. Qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub. AQTA sədri buna misal olaraq qeyd edib ki, artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. “Müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb. Bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 min 560 ədəd məhsulun satışının dayandırılması və dövriyyədən çıxarılması təmin olunub. Həmçinin üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul