08 Sentyabr 2024 04:23

Göyçay rayonu ötən həftə nə ilə YADDA QALDI?-FOTOLAR

“Azadsöz.az”  03.07.2023 cü il tarixindən 09.07.2023-cü il  tarixinə kimi  Göyçay  rayonunun mərkəzi  və  kəndləri  üzrə  görülən  işlərin  həftəlik  icmalını  təqdim edir:


Azadsöz.az xəbər verir ki,
8 iyul 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısının Qaraməryəm, Çaxırlı və Məlikkənd kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində elektrik xətlərinin ətrafında yaşıl budama işləri aparılıb.

Göyçay Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri, həmçinin həmin ərazilərdən keçən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası xüsusi texnika vasitəsilə şumlanaraq elektrik enerjisi ilə təminatın dayanıqlı olmasını və yanğın hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər görülüb.

 

Azadsöz.az xəbər verir ki, 7  iyul 2023-cü il tarixdə  rayonun Qarabaqqal kəndində 800 metr məsafədə yararsız vəziyyətdə olan D=225 mm ölçüdə magistral su xətti Göyçay Sukanal Sahəsi tərəfindən dəyişdirilərək yenisi ilə əvəz olunub. 

Qeyd edək ki, cari dövr ərzində sakinlərin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun İnçə, Hacalıkənd, Ləkçılpaq, Şəhadət, Çərəkə, Qaraməryəm və Üngütlü kəndlərində istismar müddəti bitmiş su artezian qurğuları, borular, ayırıcılar dəyişdirilərək yeniləri ilə əvəz edilmiş, su xəttlərində baş vermiş sızmalar aradan qaldırılaraq bərpa işləri görülmüşdür (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).

 

Azadsöz.az xəbər verir ki, 7  iyul 2023-cü il tarixdə  rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən lil və çöküntülərlə dolmuş şəhərin Heydər Əliyev prospekti, Füzuli, R.Rza, 28 may, Xətai küçələrindən keçən suvarma arxı və borular texnika vasitəsilə təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılmışdır.Şəhər ərazisindən keçən suvarma arxları gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq lil və çöknütlərdən təmizlənir.(xəbər  geniş  formada həftə içidə  paylaşılıb).

Azadsöz.az xəbər verir ki, Göyçay  rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə  piyadaların axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək və sakinlərin asudə vaxtlarını parklarda rahat istirahət edərək gəzmələri üçün işıqlandırma işlərinin yenilənməsi  davam etdirilir.

Belə  ki,  7 iyul 2023-cü il  tarixində  Göyçay  şəhər Əli  Kərim  parkında   elektrik dirəklərində təmir-bərpa işləri aparılıb, elektrik  lampaları  yenilənib.

Qeyd edək ki, mərhələli  şəkildə  rayonun prospekt  və  küçələrində  elektrik dirəklərində təmir-bərpa işləri və elektrik  lampalarının  yenilənməsi işləri  aparılır  (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).

Azadsöz.az xəbər verir ki, 6  iyul 2023-cü il tarixdə  rayon İcra Hakimiyyəti başçısının Çərəkə, Kürdşaban, Çaxırlı və Yalman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə kəndin daxili yollarının kənarları və təbii qaz xətlərinin üzəri kol-kosdan, alaq otlarında təmizlənərək abadlıq işləri aparılıb .


Azadsöz.az xəbər verir ki,
6 iyul 2023-cü il tarixdə rayonun Alıkənd, Qarabaqqal və Müskürlü kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə suvarma arxları lil və çöküntülərdən, kol-kosdan təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.

Azadsöz.az xəbər verir ki, 6 iyul  2023-cü il tarixdə Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev  Qarabaqqal kəndində səyyar qəbul  keçirilib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 06 iyul 2023-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçirilib.

Müsabiqəyə rayonun Potu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid satılması satılması nəzərdə tutulan 134 kv.m, Şəhadət bələdiyyəsinin mülkiyyətinə aid sahibkarlıq fəaliyyəti göstərilməsi məqsədilə icarəyə verilməsi nəzərdə tutulan 50 kv.m torpaq sahələri çıxarılıb.

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayonun 6 müəssisəsində cari təmir işlərinə başlanılıb.

Hazırda rayonun Bığır kənd 1 nömrəli, Mırtı, Qaraxıdır kənd tam orta, Çayarxı, Cəyirli və Yalman kənd ümumi orta məktəblərinin dam örtüklərinin cari təmiri işlərinə başlanılıbdır.
Təmir işlərinin növbəti tədris ilinədək yekunlaşdırılması planlaşdırılır. Bundan əlavə şəhər 6 nömrəli və Bığır kənd 3 nömrəli tam orta məktəblərinin əsaslı təmiri işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, ötən dövr ərzində rayonun Ləkçılpaq kənd 1 nömrəli tam orta, Çaxırlı kənd tam orta məktəbinin və Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmir işləri başa çatdırılıbdır (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).                .

 

 

Azadsöz.az xəbər verir ki, 4 iyul 2023-cü il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin sədrliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda  rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilibdir  (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).

 

.

Azadsöz.az xəbər verir ki, 04 iyul 2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Osman Beybutov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevlə görüşüb.

Görüşün keçirilməsində məqsəd rayon sakinlərinin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir.
Görüş zamanı rayonun qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).
.

Azadsöz.az xəbər verir ki, Göyçay şəhərinin küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işləri aparılır.

Belə ki, iyulun 3-də abadlıq işləri çərçivəsində şəhərin 28 may küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsinə başlanıbdır.

Qeyd edək ki, bu günədək şəhərin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Füzuli, M.Muradov və R.Rza küçələrində piyada səkilərinin yenidən qurulması işləri tamamlanmışdır.

Xatırladaq ki, işlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılır (xəbər  geniş  formada həftə içidə  paylaşılıb).                    .

Azadsöz.az xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısının Bığır və Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı və vətəndaşların dəstəyi ilə kəndlərin ərazisində mövcud olan qəbiristanlıqlarda təmizlik işləri aparılıb.

Belə ki, qəbiristanlıqların ərazisində səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və mövcud yaşıllıqlar suvarılaraq aqroxtexniki qulluq edilmişdir.
Rayonun digər kəndlərində də qəbiristanlıq ərazisində təmizlik işlərinin görülməsi davam etdirilir.


Gülşən  Muradova

Səbuhi Eltonlu