27 İyul 2024 06:49

Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub-FOTO

Azadsöz.az xəbər verir ki, görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub.

Qəbirüstü abidə artıq Fəxri xiyabanda sənətkarın qəbri üzərində quraşdırılıb.

Xatırladaq ki, qəbirüstü abidənin bundan öncəki variantı xanəndənin ailəsi tərəfindən bəyənilməyərək geri qaytarılmışdı.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.