19 Sentyabr 2024 20:17

Ermənistan və Gürcüstan arasında viza rejimi tamamilə ləğv olundu

“Azadsöz.az”  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan və Gürcüstan vətəndaşları daxili sənədlərə əsasən hər iki ölkənin sərhədlərini vizasız keçə bilərlər. 

Belə ki, iki ölkə arasında müvafiq saziş qüvvəyə minib.

İki ölkənin ərazisindən keçərkən, o cümlədən çarter reysləri ilə uçarkən Ermənistan və Gürcüstan vətəndaşlarının pasportu və ya şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Xatırladaq ki, Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili bu il yanvarın 12-də Yerevanda hər iki ölkə vətəndaşlarının Gürcüstan və Ermənistan arasında sərhədi keçməsi prosesinin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Gürcüstanda saziş yanvarın 27-dən qüvvəyə minib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com