19 Sentyabr 2024 20:22

Göyçayda gənc rəssamların rəsm sərgisi KEÇİRİLDİ-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 8 iyul  2023-cü il  tarixdə   saat 10:00-da Göyçay şəhər  Rəsul  Rza  ev muzeyində  gənc  rəssamlar   Rahim İbrahimov  və  Yunis Həmidovun  əsərlərindən ibarət  “Duyğuların rəngi” adlı rəsm sərgisinin açılış mərasimi təşkil olunub.

Sərgidə  Göyçay şəhər  Rəsul  Rza  ev muzeyinin  direktoru  Solmaz  Həsənova başda olmaqla  muzeyin  kollektivi, AJB və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli,  rəssam-pedaqoq Ehtiram Kərimov və  şagirdləri, gənc şair Əli Munis, Azadsöz.az  xəbər saytının təsisçisi və baş  redaktoru  Səbuhi  Eltonlu,  saytın  xüsusi  müxbiri  Gülşən Muradova, müxbir  Zəka Nağıyev, gənc  rəssam  Məhəbbət Kazımova  və ictimaiyyət  nümayəndələri  iştirak  ediblər.

Tədbiri  giriş  sözü  ilə  açan muzeyin bələdçisi  Gülnar Ağayeva  gənc  rəssamları  sərgi münasibətilə  təbrik  edib, sərgi ilə bağlı ətraflı məlumat verib və onlara gələcək  fəaliyyətlərində  uğurlar  arzulayıb.Rəssamların əl işlərinin mükəmməllik nümunəsi olduğunu, rəssamlıq sənətini öyrənən gənclər üçün əsl məktəb  sayıldığını diqqətə çatdırıb.

Daha sonra   sərgidə   çıxış  edən rəssam-pedaqoq Ehtiram Kərimov  öz  növbəsində tələbələrini  təbrik  edərək, rəssamlıq  sənətinə  böyük maraq  göstərdiklərini  diqqətə  çatdırıb. Düşüncələrindən süzülən duyğularını ecazkar rənglərin köməyi ilə ağ kətan üzərinə həkk etməyə nail  olduqlarını  qeyd  edib.

Sonra  tədbirdə  AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli, gənc şair Əli Munis və  digərləri  çıxış  edərək, gənc rəssamları  sərgi ilə  bağlı  təbrik  ediblər.İstedadlı   gənclərin  daha  da  böyük  uğurlara imza  atmaqları  üçün  belə tədbirlərin keçirilməsinin qaçılmaz olduğunu bildiriblər.

Gənc rəssamlar  yaradılmış  şəraitə  görə, muzeyin  direktoru Solmaz  Həsənovaya  minnətdarlıqlarını  bildirərək, nümayiş edilən sənət əsərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Rəsmi hissədən sonra  qonaqlar  gənc  rəssamların  əl  işlərindən ibarət  sərgiyə baxış  keçiriblər.

Qeyd  edək   ki, sərgi iyulun 15-dək davam edəcək.

Xatırladaq ki, sərginin informasiya  dəstəyi  Azadsöz.az  xəbər  saytına  məxsusdur.

 

Səbuhi Eltonlu

Gülşən  Muradova

Zəka  Nağıyev

 

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com