18 May 2024 18:55

Göyçayın bu kəndlərində içməli su xətti yenilənib-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  7 iyul 2023-cü il tarixdə rayonun Qarabaqqal kəndində 800 metr məsafədə yararsız vəziyyətdə olan D=225 mm ölçüdə magistral su xətti Göyçay Sukanal Sahəsi tərəfindən dəyişdirilərək yenisi ilə əvəz olunub.

Qeyd edək ki, cari dövr ərzində sakinlərin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun İnçə, Hacalıkənd, Ləkçılpaq, Şəhadət, Çərəkə, Qaraməryəm və Üngütlü kəndlərində istismar müddəti bitmiş su artezian qurğuları, borular, ayırıcılar dəyişdirilərək yeniləri ilə əvəz edilib, su xəttlərində baş vermiş sızmalar aradan qaldırılaraq bərpa işləri görülübdür.