02 İyun 2024 06:47

Göyçaydan keçən arxlar lildən təmizlənib-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  son günlərdə yağan güclü yağışlar nəticəsində Göyçay çayından gələn lil və çöküntülərdən ibarət sular arxlara dolaraq tutulmalarına səbəb olmuşdur.

Bununla bağlı rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən lil və çöküntülərlə dolmuş şəhərin Heydər Əliyev prospekti, Füzuli, R.Rza, 28 may, Xətai küçələrindən keçən suvarma arxı və borular texnika vasitəsilə təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılmışdır.Şəhər ərazisindən keçən suvarma arxları gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq lil və çöknütlərdən təmizlənir.