19 Sentyabr 2024 05:02

İlham Əliyev Müslüm Maqomayevin həyat yoldaşını təltif etdi-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Tamara İlyiniçna Sinyavskayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, T.İ.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, T.İ.Sinyavskaya Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşıdır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com