Azadsöz.az xəbər verir ki, iyunun 30-da İsmayıllıda yağan güclü yağış sel gətirib.
Sel rayonun bir neçə kəndində və Lahıc qəsəbəsində fəsadlara səbəb olub.
Hadisə nəticəsində təsərrüfatlar dağılıb, o cümlədən bir neçə iri və xırdabuynuzlu heyvanlar tələf olub.
Bundan başqa İsmayıllı-Lahıc yolu bağlanıb.
Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.