Azadsöz.az xəbər verir ki, Cari ilin may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 37 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır.
Bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13,3 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 8,8 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin may ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 8,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.