19 Sentyabr 2024 20:26

Azərbaycanda unun qiyməti ucuzlaşdı-SON QİYMƏTLƏR

Azadsöz.az xəbər verir ki, iyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb. 

İyun ayının 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib. 

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 27,2 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 29,2 manata “Neon” Firması satıb. 

Qeyd edək ki, bu ayın əvvəlində “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, “Neon” Firması isə 32,9 manata satıb.

Məlumat üçün qeyd edək ki, son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb. 

Lakin, onu da qeyd edək ki, son bir ay ərzində unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur. 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com