Azadsöz.az xəbər verir ki, Teymur Əhmədov adına “AzNar” QSC-nin rəhbəri, sahibkar və xeyriyyəçi Fərhad Əhmədovun təşəbbüsü ilə “AzNar” QSC-nin daxilində “Kəndimiz” restoranın tam fərqli dizaynda açılışı olub. Restoran qida sənayesinin bütün tələblərinə cavab verməklə yanaşı qonaqlara xoş vaxt keçirmək üçün komfortlu şərait təklif edir.
“Kəndimiz” restoranı milli məxtəbimizin müxtəlif ceşidli ləziz təamları ilə qonaqların xidmətindədi.Restoran göstərdiyi xidmət və yeməklərin müxtəlifliyi ilə digər məkanlardan seçilir. Restoran mədəniyyətimizin və mətbəx nümunələrinin özünəməxsusluğu ilə fərqlənir. Bu məkanda göyçaylıların və rayonumuzun qonaqlarının zövqünü oxşayan rəngarəng musiqi nömrələri təqdim edilir.
Bir sözlə bu restorana gələn hər bir qonaq – istər adi günlərdəki istirahəti vaxtı, istərsə də özəl günlərində burada ruhən dincələk və göstərilən xidmətdən məmnun qalacaq. Çünki burada müştərilərin məmnunluğu, xoş təəssüratları əsas götürülür.
Ünvan Göyçay rayonu, Natəvan küçəsi, “AzNar” QSC-nə məxsus zavod