30 Noyabr 2024 09:37

İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub-FOTO

Azadsöz.az xəbər verir ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.

Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Məruzə olundu ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.

Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı.

Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.

Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi.

Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəldi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.

Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

X X X

Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim etdi.

Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçdi.

Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi.

Dövlətimizin başçısı dağçılıq qülləsi və kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izlədi.

Sonda əsgər yeməkxanasına baxış zamanı komandoların ərzaq payı normalarına uyğun ərzaq nümunələri nümayiş etdirildi.

İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul