Azadsöz.az xəbər verir ki, 19 iyun 2023-cü il tarixində rayonun Mirzəhüseynli kəndində özünü yandıran 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı vəziyyəti ağır olduğundan, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, Aygün Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.