Azadsöz.az xəbər verir ki, vətəndaşlar avtobuslarda bank kartları ilə də ödəniş edə biləcəklər.
Bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu funksiya ilin sonuna kimi “BakıKart”ın tətbiq edildiyi avtobuslarda aktiv olacaq.