29 Noyabr 2024 11:28

Pakistan və Azərbaycan iki qardaş xalqdır- “Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib”

Məlum olduğu kimi iyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfər edib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibli görüşləri olub. İki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu bu gün prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli gücləndirib. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Xüsusilə də son dövrlər Azərbaycan ilə Cənub Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan ilə münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu əlaqələri daha da möhkəmləndirir.

Pakistan Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra tanıyan ilk üç ölkədən biridir. Baki ilə İslamabad arasında diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. 1993-cü ildə Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ildə isə Pakistanda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. Bu gün ölkələrimiz arasında siyasi münasibətlər və sıx əlaqələr xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirir.

Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin  “Heydər Əliyev İli”nə, həm də məhz 15 iyun – Milli Qurtuluş Gününə təsadüf etməsi də rəmzi məna daşıyır. Belə ki, 1993-cü ildə Ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə ölkələrimiz arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birlərini dəstəklədiklərini bəyan etmişdilər. Pakistan dövləti müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Azərbaycana düşmən mövqeydə olan Ermənistanı indiyə qədər süveren dövlət kimi tanımır.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfərində dövlət başçımızla keçirdiyi görüş zamanı ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu əlaqələrin gələcək münasibətlərin inkişafına böyük töhfə olacağı vurğulandı. Ölkə başçısı “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub” – deyə vurğulayaraq səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndiriləcəyini qeyd etdi.

Prezident İlham Əliyev Pakistanla bağlı fikirlərində iki ölkə arasında əməkdaşlığın dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımız düşməndən təmizləndikdən sonra dost dövlətin haqq-ədalətin tərəfində dayandığını, belə bir mövqeyin, siyasi və mənəvi dəstəyin isə xalqımız tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib.

2016-cı ilin aprel döyüşləri zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyev öz nitqində bir nümunə ilə bu münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərlərinin fikirlərini bölüşürlər və Bakının müxtəlif yerlərində Pakistanın bayrağını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır”.

Azərbaycan prezidenti cənab İlham Əliyev öz bəyanatında bölgədəki geosiyasi vəziyyət, Azərbaycan – Pakistan münasibətləri, bu münasibətlərin inkişaf meyilləri və qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı bir çox mühüm tezislər səsləndirmişdir.

Görüşdə Azərbaycanın uzun müddətli strateji hədəflərindən bəhs edilib, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələrinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olundu. Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafının və bu sahədə investisiyaların təşviqi üçün geniş imkanların mövcudluğu da diqqətə çatdırılıb.

Ölkələrimiz arasında həm də təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda Pakistanda təhsil alan azərbaycanlılar da var.

Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuş və gələcəkdə daha yüksək səviyyəyə qalxacaqdır.

Azadsöz.az 

Ankara escort İstanbul Travesti Shemale İstanbul