29 Noyabr 2024 14:42

Göyçaylı şəhid qardaşının müraciəti -GƏLİN SUSMAYAQ (FOTO)

“Azadsöz.az”  Göyçay rayonunun Potu  kənd sakini I Qarabağ müharibəsində şəhid olmuş  Məmmədov Niyaz Məhəmməd oğlunun  qardaşı  Məmmədov Ayaz Məhəmməd oğlunun  müraciətini  sizlərə  təqdim edir:

“Mən Məmmədov Ayaz Məhəmməd oğlu 1971-ci ildə Göyçay rayonunun Potu kəndində anadan olmuşam.Valideynlərim  vəfat  edib. Ailədə  doqquz qardaş  olmuşuq.Qardaşlarım  uzun sürən  xəstəlikdən  vəfat  edib.Hal-hazırda   bir  qardaşım  sağdır. Bildirim ki,  qardaşımlardan  biri  1973-cü ildə anadan  olan Məmmədov Niyaz Məhəmməd oğlu 1994-cü ilin  fevralında Kəlbəcər  uğurunda  gedən  döyüşlərdə  şəhid  olmuşdur.Özümdə  şəhid  qardaşı  olduğum  üçün 44  günlük  Vətən müharibəsində  iştirak  etmək üçün  könüllü olaraq  adımı  yazdırmışdım.Amma,  yaşımla  əlaqədar  aparmadılar.

Müraciətimdə  qeyd  etmək  istəyirəm ki, yoldaşımın  qohumlarının  müdaxiləsi  nəticəsində 2020-ci  ildə  ailəmdən  ayrılmışam.Həmin vaxtdan ehtibarən  yaşadığım evi  həyat  yoldaşıma  və qızıma  verərək  kənarlaşmışam.Bəzi  şəxslər  isə    Göyçay rayon İcra Hakimiyyətinə  yaladan  bildiriblər  mən evimi  satmışam.Bu  yalan məlumatdı.Yuxarıda  qeyd  etdiyim ki,  ailəmdən  ayrılandan  sonra evimi həyat yoldaşıma və  qızıma  vermişəm.Ailəmdən ayrılandan sonra  ikinci dəfə  ailə  həyatı  qurdum. 

Hər  kəsə  bu  müraciətimlə  üz tutaraq  bildirmək  istəyirəm ki, ikinci  evliliyim  olan  həyat  yoldaşımla birgə  kirayədə  çox  acınacaqlı  vəziyyətdə padval  kimi  bir  yerdə  qalıram.Özümüzə  aid olan heç  nə  yoxdur.Üç aya  yaxındır ki, kirayə  pulunu ödəyə  bilmirəm. Əlli  iki  yaşım  var. Namaz  qılıram. Heç  bir  yerdə də çalışmıram. Qapısın  döymədiyim  idarə,  müəssə və özəl  iş  yerlərinin  qapısı  qalmayıb.Qeyd  edim ki,  otuz  ilə  yaxın Göyçay  Mədəniyyət  Evində və Göyçay rayonunun Potu  kəndində  mədəniyyət  sahəsi  üzrə  təşkilatçı  vəzifəsində  işləmişəm.2021-ci  il  tarixində  məzuniyyətdə  olduğum zaman  məni  işdən azad ediblər  və  mənə aid olan iş  vakansiyamı  digər  bir  şəxsə  satıblar.

Göyçay  rayonunun Potu  kənd  bələdiyyəsi  tərəfindən  mənə  Hüngütlü kəndinin ərazisindən  5 sot  həyətyanı  torpaq  payı  verilib. Ancaq  heç bir  yerdə  işləmədiyim üçün mənə  verilən həmin torpaq  payında 1 otaqdan  ibarət  ev tikə bilmirəm.Xahis  edirəm  mənə kömək  edin. Kimin gücün  çatırsa mənə maddi yardım, köhnə tikinti  materialları  olan şəxslərdən  isə  tikinti  üçün material  istəyirəm. Bir otaq  tikim kirayələrdən  canım qutarsın. Hər  kəsdən xahiş edirəm mənim səsimə  səs verin məni  bu çətinlikdən qutarın. Qeyd  etdiyim  kimi işsizəm, torpağım  olsa da  imkanın yoxdur mənə  verilən  torpaqda  ev  tikəm. Bir  şəhid  qardaşı,  bir  Azərbaycan  vətəndaşı  olaraq  mənə  kömək  edin.Artıq  boğuluram  bu  çətinliklərə  tab gətirə  bilmirəm”.

Məmmədov Ayaz Məhəmməd oğlunun əlaqə  nömrəsi: (051) 502-97-53




 

Ankara escort İstanbul Travesti Shemale İstanbul