Azadsöz.az xəbər verir ki, 15 iyun- Milli Qurtuluş Günü münasibətilə Göyçay Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonunun Heydər Əliyev parkında bayram tədbiri keçirildi.
Bayram tədbirində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında vətənimizə həsr olunmuş mahnılar, şeir parçaları səsləndirilib, balaca fidanların mili rəqs nömrələri təqdim olunub.