Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən, Göyçay rayon Bələdiyyəsi tərəfindən rayonda sahibsiz itlərə qarşı tədbirin görülməsinə başlanıb.
Belə ki, günün gecə-gündüz saatlarında rayonun prospekt və küçələrində çoxalan sahibsiz itlərin rayonda yaradılan sığınacaq məntəqəsinə yerləşdirilməsi həyata keçirilir.
Sığınacaq yerləşdirilən sahibsiz itlər gigiyenik baxımdan təmizlənərək, quduzluğa və digər yolxucu xəstəliklərə qarşı vaksinasiya olunur.