16 Sentyabr 2024 22:53

Hacı Nuran qəzaya düşdü

Azadsöz.az xəbər verir ki, aparıcı və xeyriyyəçi Nuran Hüseynov avtomobil qəzası keçirib.

Bununla bağlı televiziya ulduzu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Hacı Nuran bildirib ki, Şuşada keçirilən “Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb:

“Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında nasaz vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stres keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarət alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”.