08 Sentyabr 2024 03:21

Afrika Çempionlar Liqasının qalibi müəyyənləşdi

Azadsöz.az xəbər verir ki, Kasablankada (Mərakeş) Afrika Çempionlar Liqasının finalının cavab oyunu baş tutub.

Yerli “Vidad” Misirin “Əl-Əhli” komandası ilə 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında ilk matç “Əl-Əhli”nin xeyrinə yekunlaşıb – 2:1. 

Ümumilikdə Misir təmsilçisi 3:2 hesablı qələbə qazanaraq Afrika Çempionlar Liqasının qalibi olub. “Əl-Əhli” tarixində bu turniri 11-ci dəfə qazanıb.