Azadsöz.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, iyunun 12-də yerli vaxtla saat 05:09-da Xəzər dənizində qeydə alınan zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 km cənubda da 3 maqnitudada yeraltı təkanlar qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.